Modern.az

Qayınanasının evindən 20 min manatlıq qızıl oğurladı

Qayınanasının evindən 20 min manatlıq qızıl oğurladı

Aktual

2 Sentyabr 2021, 14:20

Bakıda evdən xeyli miqdarda qızıl oğurlanıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 18-də Binə qəsəbəsindəki evlərin birindən 500 manat pul və 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

 

Həmin şəxs ev sahibəsinin kürəkəni T.Kərimovdur. O, törətdiyi əməli etiraf edib.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...