"YAŞAT" Fondunun 8110 Çağrı Mərkəzinə 55 mindən çox müraciət daxil olub.
Bu barədə Modern.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar Üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, şəhidlərimizin ailə üzvlərinin və yaralıların ümumilikdə 8 mindən çox müraciəti qeydiyyata alınaraq aidiyyəti üzrə yönləndirilib. Bunların 2 300-ə yaxını şəhidlərimizin ailə üzvlərinin, 6 000-dən çoxu isə yaralılarımızın müraciətləridir.
Xatırladaq ki, "YAŞAT" Fondunun yashat.gov.az portalı bu ilin yanvarın 8-də istifadəyə verilib. Həmin tarixdə həmçinin Fondun 8110 Çağrı Mərkəzi fəaliyyətə başlayıb. 8110 Çağrı Mərkəzinə zənglər tam ödənişsizdir.