Modern.az

Badmintonçularımız finalda çıxış edəcəklər  

Badmintonçularımız finalda çıxış edəcəklər  

Aktual

11 Sentyabr 2021, 15:43

Badmintonçularımız Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında 3 kateqoriya üzrə finalda çıxış edəcəklər.

 

Modern.az xəbər verir ki, oğlanların şəxsi yarışında yarımfinalda Rusiya təmsilçisi Georgiy Lebedevə 2:1 hesabı ilə qalib gələn badmintonçumuz Diki Pangestu finalda Qazaxıstan təmsilçisi Dmitriy Panarinlə qarşılaşacaq.

 

Qızların şəxsi yarışında yarımfinalda Belarus idmançısı Marina Yanbayevaya 2:0 hesabı ilə qalib gələn Era Maftuha həlledici qarşılaşmada Mariya Qolubeva (Rusiya) ilə üz-üzə gələcək.

 

Oğlanların qoşa yarışında yarımfinalda Rusiyanı təmsil edən Amir Hamidulin-Pavel Moniç cütü üzərində 2:1 hesablı qələbə qazanan Diki Pangestu-Məhəmməd Xədafi tandemi finalda Georgiy Lebedev-Lev Barinov (Rusiya) qoşası ilə görüşəcək.

 

Final görüşləri Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

 

Qarışıq-qoşa yarışda yarımfinalda Pavel Moniç-Regina Qaliaxmetova (Rusiya) cütünə 0:2 hesabı ilə uduzan Aqil Qəbilov-Era Maftuha tandemi müvafiq kateqoriyada bürünc medal qazanıb.

 

Xatırladaq ki, daha əvvəl yeniyetmə və gənc badmintonçularımızdan ibarət millimiz komanda yarışında gümüş medal qazanıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı