Modern.az

Türkiyə Ağdamın bərpasına dəstək olacaq

Türkiyə Ağdamın bərpasına dəstək olacaq

Aktual

11 Sentyabr 2021, 16:56

30 ildən sonra işğaldan azad olunmuş Ağdam şəhərindəyik. Ağdamın yenidən qurulmasına şahidlik etmək bizlərə də nəsib olar. Burada olduğumuz üçün qürur hissi keçiririk.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağdama səfər edən Türkiyənin ticarət nazirinin köməkçisi Mustafa Tuzcu  deyib.

 

M.Tuzcu bildirib ki, Türkiyə Ağdamdakı quruculuq işlərinin də ən böyük dəstəkçisi olacaq.

 

"Buranın azad olunmasında canlarından keçən şəhid və qazilərimizi ehtiramla anırıq. İnşallah, Ağdam yenidən “Ağ dam”, “Bəyaz ev”, “Bəyaz saray” olar”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mehdiyev işində kritik qərar! Harada qalacaq? Daha kimlər tutulacaq?-