Türkdilli dövlətlərin iş adamları Qarabağın bərpasında iştirak etmək niyyətindədir.
Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağdamda səfərdə olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibinin köməkçisi Ömər Kocaman deyib.
O xatırladıb ki, sentyabrın 10-da TDƏŞ olaraq Bakıda iqtisadiyyat nazirlərinin 10-cu görüşünü və biznes forumu keçirilib:
"Bu gün iş adamlarımız, səfirlər, TDƏŞ nümayəndələri ilə birlikdə Ağdama səfər etdik. Qarabağın yenidən qurulmasında türkdilli dövlətlərin iş adamları da öz töhfəsini vermək istəyir. Bu baxımdan səfərin əhəmiyyətli olacağına inanıram”.