Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az DİN-in saytına istinadən xəbər verir ki, sentyabrın 10-da saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Hafiz Məmmədovu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.