Modern.az

“Sabah” “Qəbələ”yə uduzdu

“Sabah” “Qəbələ”yə uduzdu

Aktual

11 Sentyabr 2021, 19:57

Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib.

 

Modern.az xəbər verir ki, açılış oyununda “Sabah” klubu “Qəbələ”ni qəbul edib. Masazırdakı “Bank Resbublika Arena”da keçirilən görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Bu nəticədən sonra xallarını 7-yə çatdıran “Qəbələ” liderliyə yüksəlib. 3 turdan sonra xalı olmayan “Sabah” isə sonuncudur.

 

Qeyd edək ki, günün digər oyununda “Keşlə” və “Zirə” komandaları üz-üzə gələcəklər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı