Modern.az

Qarabağdakı qanunsuz hərbi birləşməyə “rəhbər” təyin edildi

Qarabağdakı qanunsuz hərbi birləşməyə “rəhbər” təyin edildi

Aktual

11 Sentyabr 2021, 19:58

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki qanunsuz hərbi birləşməyə yeni “rəhbər” təyin edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.

 

Məlumata görə, erməni general-mayor Kamo Vardanyan bu “vəzifəyə” təyin olunub.

 

Vardanyan 2006-cı ildə Rusiya Silahlı Qüvvələrinin Birləşmiş Silahlar Akademiyasını, 2019-cu ildə isə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...