Modern.az

XİN-dən ABŞ səfirinə CAVAB: “Hər hansı statusdan söhbət gedə bilməz”

XİN-dən ABŞ səfirinə CAVAB: “Hər hansı statusdan söhbət gedə bilməz”

Aktual

11 Sentyabr 2021, 20:14

“ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hansı statusdan söhbət gedə bilməz”.

 

Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva ABŞ-ın Ermənistandakı səfirinin fikirlərinə münasibət bildirərkən deyib.

 

XİN rəsmisi qeyd edib ki, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı ilə bölgədə yeni reallıqlar, o cümlədən beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılması imkanı yarandığı bir vaxtda ABŞ rəsmisinin belə bir açıqlama ilə çıxış etməsi vəziyyətin gərginləşdirilməsinə xidmət edir və qarşı tərəfdə əsassız gözləntilər yaradır:

 

“Hazırda ATƏT-in Minsk Qrupunun gələcək fəaliyyəti müzakirə olunduğu bir vaxtda həmsədr ölkə nümayəndəsinin belə bir açıqlama ilə çıxış etməsi, məhz Minsk Qrupunun gələcək fəaliyyətinə xələl gətirir”.

 

Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfiri “Dağlıq Qarabağın statusu məsələsinin həll olunduğunu hesab etmirik. Bu məsələ Minsk Qrupunun gündəliyindədir” , - deyə açıqlama verib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı