Modern.az

Ronaldo debüt oyununda het-trik etdi

Ronaldo debüt oyununda het-trik etdi

Aktual

11 Sentyabr 2021, 21:08

“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo kluba qayıdışından sonra ilk oyununa çıxıb.

 

Modern.az xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 4-cü turunda “Nyukasl”la ev matçında  90 dəqiqə meydanda olub.

 

Portuqaliyalı hücumçu 4:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada het-trik edib.

 

“Mançester Yunayted” – “Nyukasl” - 4:1

 

Qollar: Ronaldo, 45+2 (1:0), Manquilo, 56 (1:1), Ronaldo, 62 (2:1), Fernandeş, 80 (3:1), Linqard, 90+2 (4:1)

 

Bu qələbə ilə xalını 10-a yüksəldən “qırmızı şeytanlar” turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. “Mançester Siti” 9 xalla 2-ci, “Brayton” eyni xalla üçüncüdür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı