“Profilaktik məqsədlər üçün C, D vitaminlərinin və sinkin istifadəsi yetərincə təsirli deyil. Əsas qida maddələrinin miqdarına riayət edilməsi vacibdir”.
Modern.az xəbər verir ki, bunu Rusiyanın tibb mütəxəssisi, Klinik laborator diaqnostikanın həkimi Anna Safonova deyib.
O xatırladıb ki, qidaların tərkibindəki zülalların, yağların və karbohidratların balansı immun sisteminin fəaliyyətinə təsir edir.
Həkim payızın gəlişi ilə yerli bazarlarda asanlıqla tapıla bilən təbii məhsullara üstünlük verilməsini və gündəlik olaraq təzə tərəvəz yeməyi məsələhət görüb.
Bundan əlavə, Safanova koronavirus pandemiyası ilə mübarizə dövründə cəmiyyətin qrip epidemiyasının başlanmasından çəkinməli olduğunu söyləyib. Həkim bunun üçün sentyabr və oktyabr aylarında peyvənd olunmağı tövsiyə edib və peyvəndin xüsusilə yaşlılar, uşaqlar və hamilə qadınlar üçün vacib olduğunu diqqətə çatdırıb.