Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
Modern.az xəbər verir ki, “Keşlə” klubu “ASK Arena”da “Zirə” ilə qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Yeni mövsümdə ilk qələbəsini qazanan “Zirə” xallarının sayını 4-ə çatdıraraq, 5-ci pilləyə yüksəlib. Xalı olmayan “Keşlə” isə “Sabah”la birlikdə 7-8-ci yerləri bölüşdürür.
Yeri gəlmişkən, “Sabah” turun açılış matçında evdə “Qəbələ”yə 0:2 hesabı ilə uduzub.
Qeyd edək ki, tura “Sabah” keçiriləcək “Səbail” - “Sumqayıt” və “Neftçi” - “Qarabağ” matçları ilə yekun vurulacaq.