Modern.az

Qaydaları pozan sürücülər məsuliyyətə cəlb olundu - FOTO

Qaydaları pozan sürücülər məsuliyyətə cəlb olundu - FOTO

Aktual

12 Sentyabr 2021, 00:25

Göygöl rayon Polisi Şöbəsinin Dövlət Yol Polisi əməkdaşları rayonun küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar tədbirləri davam etdirir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.

 

Dayanma-durma qaydalarını kobud şəkildə pozan 32 sürücü barəsində inzibati protokollar tərtib olunub

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyev işində kritik qərar! Harada qalacaq? Daha kimlər tutulacaq?-