Modern.az

“Beşiktaş” liderliyə yüksəldi

“Beşiktaş” liderliyə yüksəldi

Aktual

12 Sentyabr 2021, 08:45

Futbol üzrə Türkiyə çempionatının IV turuna start verilib.

 

Modern.az Türkiyə mediasına istinadla xəbər verir ki, turun birinci günündə "Beşiktaş" doğma meydanda "Yeni Malatyaspor"u qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri qonaqların qapısından üç cavabsız top keçirib. İstanbul klubunun heyətində Miçi Batşuayi (7, 52) və Georges Kevin Nkoudou fərqlənib.

 

Günün digər matçında "Fatih Karagümrük" öz meydanında "Adana Dəmirspor"u 4:0 hesabı ilə darmadağın edib. "Kasımpaşa" isə səfərdə "Kayserispor"a 2:0 hesabı ilə məğlub olub. "Konyaspor" da doğma divarlar arasında "Altay"ı 3:1 hesabı ilə üstələyib.

 

Turun digər oyunları sentyabrın 12-də və 13-də keçiriləcək.

 

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 12 xalla "Beşiktaş" başçılıq edir. İkinci pillədə onunla eyni xal toplayan "Konyaspor", üçüncü pillədə isə 9 xala malik olan "Trabzonspor" qərarlaşıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Mehdiyev işində kritik qərar! Harada qalacaq? Daha kimlər tutulacaq?-