Modern.az

Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başlayır

Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başlayır

Aktual

12 Sentyabr 2021, 09:44

Bu gündən başlayaraq Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimi keçiriləcək. 

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

 

Məlumata əsasən, birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır.

 

"Üç qardaş - 2021" beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar