Modern.az

Kərim Vəliyev Türkiyəyə getdi

Kərim Vəliyev Türkiyəyə getdi

Aktual

12 Sentyabr 2021, 16:09

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir.

 

Modern.az xəbər verir ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərbi rəhbərliyi ilə bir sıra görüşlərinin keçirilməsi planlaşdırılır.

 

Görüşlərdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ilk xarici səfəri məhz qardaş Türkiyə Respublikasına həyata keçirilir.

 

Səfər sentyabrın 14-dək davam edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mehdiyev işində kritik qərar! Harada qalacaq? Daha kimlər tutulacaq?-