İranda son sutkada 487 nəfər koronavirusdan ölüb.
Modern.az İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən xəbər verir ki, ötən 24 saat ərzində 20 219 yoluxma faktı qeydə alınıb.
Bununla da İranda virusdan ölənlərin sayı 114 311 nəfərə, yoluxanların sayı isə 5 295 786 nəfərə çatıb.
Virus daşıyıcılarından 7278 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 4 568 236 nəfər koronavirusdan sağalıb, 30,2 milyondan çox diaqnoz testi tətbiq edilib.