Modern.az

“TURKOVAC” Azərbaycanda tətbiq edilə bilər

“TURKOVAC” Azərbaycanda tətbiq edilə bilər

Aktual

12 Sentyabr 2021, 18:14

Türkiyənin koronavirus əleyhinə yerli peyvəndi “TURKOVAC” vaksinlərinin 3-cü mərhələ araşdırmaları barədə bir çox ölkələrlə fikir mübadiləsi aparılır.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oktay “Anadolu” agentliyinə müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, “TURKOVAC” Azərbaycan da daxil olmaqla, bir neçə ölkədə tətbiq edilə bilər.

 

"Başda Pakistan, Azərbaycan, Argentina, Kolumbiya və Polşa olmaqla, bir çox ölkə ilə 3-cü mərhələ araşdırmaları ilə bağlı danışıqlar davam edir”, - deyə F.Oktay qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı