Modern.az

Premyer Liqa: “Səbail” “Sumqayıt”ı məğlub etdi  

Premyer Liqa: “Səbail” “Sumqayıt”ı məğlub etdi  

Aktual

12 Sentyabr 2021, 20:07

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, günün ilk matçında “Səbail” “Sumqayıt”ı qəbul edib.

 

“ASCO Arena”da oynanılan qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 64-cü dəqiqədə Cabir Əmirli “Səbail”ə qələbə qazandırıb.

 

Beləliklə, “gənclik şəhəri” təmsilçisi cari mövsüm çempionatda ilk məğlubiyyətini alıb.

 

3 turdan sonra hər iki komanda 6 xal toplayıb və müvəqqəti də olsa, 2-3-cü yerləri bölüşdürürlər.

 

Qeyd edək ki, turun digər oyunlarında “Zirə” səfərdə “Keşlə”ni, “Qəbələ” isə “Sabah”ı 2:0 hesabı ilə üstələyib.

 

Tura saat 20:30-da başlayacaq “Neftçi” - “Qarabağ” görüşü ilə yekun vurulacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı