Modern.az

Məhkəmə Tonoyan haqqında qərar verdi - İki aylıq həbs

Məhkəmə Tonoyan haqqında qərar verdi - İki aylıq həbs

Aktual

30 Sentyabr 2021, 20:59

Ermənistanda məhkəmə sabiq müdafiə naziri David Tonoyan haqqında qərar verib.

 

Modern.az erməni KİV-lərinə istinadən xəbər verir ki, məhkəmə onun haqqında iki aylıq həbs qətimkan tədbiri seçib.

 

Tonoyanın vəkili onun təqsirsiz olduğunu qeyd edib. Qərarla bağlı apellyasiya şikayəti veriləcək.

 

Məlumata görə, David Tonoyan və David Qalstyan Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən 2011-ci ildə keyfiyyətsiz silah tədarükü ilə bağlı açılan cinayət işi çərçivəsində saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı