Modern.az

Hava şəraiti ulduz müşahidələrinə mane olub

Hava şəraiti ulduz müşahidələrinə mane olub

İqtisadiyyat

Bu gün, 14:24

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Azərbaycanın elmi və turistik baxımdan diqqət çəkən məkanlarından biridir. Göy cisimlərini müşahidə etmək, astronomiya haqqında məlumat əldə etmək və rəsədxananın fəaliyyəti ilə yaxından tanış olmaq imkanı yaradan bu məkan hər il yerli və xarici turistlərin marağına səbəb olur.

Lakin bu il rəsədxanaya ziyarətlərin sayında əvvəlki illərlə müqayisədə azalma müşahidə olunub.

Şamaxı Astrofizika Rəsədxanasının mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ziyarətçilərin sayının azalmasının əsas səbəblərindən biri hava şəraiti ilə bağlıdır.

Qeyd olunub ki, yağışlı və buludlu havalarda səma cisimlərini müşahidə etmək çətinləşir. Bu isə xüsusilə ulduzları teleskop vasitəsilə izləmək istəyən ziyarətçilərin marağına təsir göstərir.

Astronomiya həvəskarları və turistlər üçün rəsədxananın cəlbediciliyi təkcə elmi məlumatlarla deyil, həm də səma cisimlərini birbaşa müşahidə etmək imkanları ilə bağlıdır. Buna görə də əlverişsiz hava şəraiti ekskursiyaların təəssüratına və ziyarətçilərin seçimlərinə təsir edə bilər.

Şamaxı Astrofizika Rəsədxanası həm elmi tədqiqatların aparıldığı, həm də astronomiyanın geniş ictimaiyyətə tanıdıldığı məkan kimi əhəmiyyət daşıyır. Burada təşkil olunan ekskursiyalar ziyarətçilərə rəsədxananın fəaliyyəti, astronomik müşahidələr və kainat haqqında məlumat əldə etmək imkanı yaradır.

Qeyd edək ki, rəsədxanaya həm gündüz, həm də gecə saatlarında ekskursiya etmək mümkündür. Bununla belə, səma cisimlərinin müşahidəsi hava şəraitindən asılı olduğundan ziyarət planlaşdırarkən meteoroloji vəziyyəti nəzərə almaq vacibdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...