Modern.az

Azərbaycan səfirinin etimadnaməsi İran XİN-nə təqdim olundu

Azərbaycan səfirinin etimadnaməsi İran XİN-nə təqdim olundu

Aktual

30 Sentyabr 2021, 23:19

Sentyabrın 30-da Azərbaycan Respublikasının İran İslam Respublikasına təyin olunan yeni səfiri Əli Əlizadə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşərək etimadnaməsinin surətini təqdim edib.

 

Modern.az xəbər verir ki, görüş zamanı qarşılıqlı əlaqələrin daha da inkişafında hər iki tərəfin maraqlı olduğu vurğulanıb və ikitərəfli münasibətlərdə mövcud olan bir sıra məsələlər müzakirə edilib. Səfir fəaliyyəti dövründə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı