Modern.az

Qadın şahmatçılarımız dünya çempionatında çıxışını başa vurdular

Qadın şahmatçılarımız dünya çempionatında çıxışını başa vurdular

Aktual

30 Sentyabr 2021, 23:34

Sentyabrın 30-da İspaniyanın Sitges şəhərində qadın şahmatçılar arasında dünya çempionatının dörddəbir final mərhələsinin oyunları start götürüb.

 

Modern.az xəbər verir ki, Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Zeynəb Məmmədyarova və Ülviyyə Fətəliyevanın yer aldığı qadın şahmatçılardan ibarət Azərbaycan millisi dörddəbir finalda qrup oyunlarını birinci yerdə başa vurmuş Gürcüstan komandası ilə qarşılaşıb.

 

Bu mərhələdə məğlub olan şahmatçılarımız dünya çempionatında çıxışlarını başa vurublar.

 

Turnirə oktyabrın 3-də yekun vurulacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı