Modern.az

Kamran Əliyev Rusiya və Ermənistan baş prokurorları ilə görüşdən danışdı

Kamran Əliyev Rusiya və Ermənistan baş prokurorları ilə görüşdən danışdı

Aktual

1 Oktyabr 2021, 10:38

Bir müddət əvvəl Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Azərbaycan, Rusiya və Ermənistanın baş prokurorlarının görüşü keçirilib.

 

Modern.az-ın məlumatına görə, bunu cümə günü jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib. O bildirib ki, görüşdə razılığa gəlindi ki, Rusiya prokurorluğunun vasitəsi ilə əməkdaşlıq davam etsin:

 

"Bu əməkdaşlığın əsas məqsədi bölgədə, regionda sabitliyin təmin edilməsi, gərginliyin azaldılmasıdır. Digər məsələlər də müzakirə olunub, qarşı tərəfin bizə müraciətləri daxil olub. Onların verdiyi müraciətlərə baxılır və araşdırılır".

Sizə yeni x var
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar