Modern.az

Hakim, polis də arvadını öldürürsə...-Hüquqşünasdan son olaylara REAKSİYA

Hakim, polis də arvadını öldürürsə...-Hüquqşünasdan son olaylara REAKSİYA

Aktual

1 Oktyabr 2021, 11:25

Ötən gün Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı İsmayıl Məmmədovun xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanı bölmədəcə qətlə yetirməsi cəmiyyətdə şok effekti yaratdı. Bu isə Azərbaycanda ilk belə hadisə deyil.

 

Son vaxtlar qadınlara qarşı zorakılığın artması fonunda hakimin, polisin də “trend”ə qoşulması təəssüf doğurur. Buna qədər isə iki polis - iyunun 21-i Balakən Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Tural Əliyev ərazidə xidmətdə olarkən ona təhkim edilmiş xidməti silahla özünə atəş açaraq intihar edib. İyulun 9-da isə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev xidməti otağında tabel silahından istifadə etməklə öz həyatına qəsd edib.

Vəzifəsi həm də haqqı, hüququ müdafiə etmək olan şəxslərin bu cür bu cür əməllər törətməsi birmənalı qarşılanmayıb.

 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Modern.az-a bildirib ki, dövlət işində, polis sistemində çalışanlar da insandır:

 

“Onlar da sıravi Azərbaycan vətəndaşı kimi məsuliyyət daşıyır. Hansısa polis sistemində çalışan şəxs qanunsuz əməl törədən zaman məsuliyyətə cəlb olunur və haqqında cinayət işi açılır”.

 

Onun fikrincə, heç kim cinayətdən sığortalanmayıb, dövlət işçiləri də sıravi vətəndaş kimi məsuliyyət daşıyır:

 

“Polis də vətəndaşdı, insandı. Bu aspektdən yanaşmaq düzgün deyil. Ortada insan faktoru var. Peşənin insan faktoruna aidiyyatı yoxdur. Kimsə polis sistemində işləyir niyə cinayət törətdi, həkim işləyir niyə oğurluq etdi. Belə düşüncələr səhvdir.

Xarakter hər kəsdə eyni olmur. İnsanlar arasında iradəsi zəif olan da olur, əsəbi olanlar da. “Polis sistemində işləyir niyə belə bir iş görüb” demək düzgün deyil. Cinayətdən heç kim sığortalanmayıb.

Hansı peşədən asılı olmayaraq qanunsuz əməl törədən hər bir vətəndaş məsuliyyətə cəlb olunacaq. Onlara heç bir güzəşt olunmur. Siravi vətəndaşların istintaqı, məhkəmə prosesi necə gedirsə, polis işçilərində də elə baş tutur. Dövlət işçisi də siravi insan kimi məsuliyyət daşıyır.

Nə qədər insan faktoru varsa, o qədər də belə hadisələr olacaq. Belə hadisələrin olmaması üçün gərək insanlıq olmaya”.

 

Fidan İlqar

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı