Modern.az

Təhsil idarəsində Çağrı Mərkəzi fəaliyyətə başladı

Təhsil idarəsində Çağrı Mərkəzi fəaliyyətə başladı

Aktual

1 Oktyabr 2021, 12:27

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) 146-0 nömrəli Çağrı Mərkəzi fəaliyyətə başlayıb.

 

İdarədən Modern.az-a verilən məlumata görə, Çağrı Mərkəzinin yaradılmasının əsas məqsədi vətəndaş məmnunluğunun təmin edilməsi, daxil olan müraciətlərin cavablandırılması zamanı koordinasiyanın düzgün təşkili və proseslərin çevik idarə edilməsindən ibarətdir.

 

BŞTİ müdiri Mehriban Vəliyeva Çağrı Mərkəzinin işi ilə tanış olub, əməkdaşlara müvafiq təklif və tövsiyələrini verib.

 

Vətəndaşlar müvafiq məsələlərlə bağlı həftəiçi 5 gün (saat: 09:00-dan 18:01-dək) 146-0 nömrəsini yığmaqla Çağrı Mərkəzi ilə əlaqə yarada bilərlər.

 

Qeyd edək ki, Təhsil Nazirliyinin Çağrı Mərkəzinin iş yükünün azaldılması məqsədilə yaradılan 146-0 nömrəli Çağrı Mərkəzinin əməkdaşlarına ötən tədris ilində qısa müddətli təlim keçirilib. Aparılan müşahidələr və əldə olunan statistik göstəricilər bu təcrübənin uğurlu olduğunu göstərir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı