Modern.az

Havaya atəş açdı - SAXLANILDI

Havaya atəş açdı - SAXLANILDI

Aktual

30 Oktyabr 2021, 14:00

Şəmkirdə oktyabrın 29-da saat 17 radələrində rayon sakini M.Musayevin münaqişə zəminində tüfəngdən havaya atəş açması barədə məlumat daxil olub.

 

DİN Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. M.Musayev saxlanılıb, ondan müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

 

Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!