Modern.az

“Sabah”da yeni baş məşqçi TƏYİNATI

“Sabah”da yeni baş məşqçi TƏYİNATI

Aktual

30 Oktyabr 2021, 16:08

 

“Sabah” Futbol Klubunda yeni baş məşqçi təyinatı gerçəkləşib.

 

Modern.az Report-a istinadən xəbər verir ki, rusiyalı Murad Musayev əsas komandanın baş məşqçisi təyin edilib.

 

37 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, komandada işinə gələn həftə başlayacaq.

 

Qeyd edək ki, Murad Musayev 2005-ci ildə Rusiya "Krasnodar"ının akademiyasında işə başlayıb. O, əsas komandada 2018-ci ildən çalışmasına rəğmən, Pro lisenziyası olmadığından, baş məşqçi postuna rəsmən 2020-ci ilin iyununda təyinat alıb. Komanda 2018/2019 mövsümündə Musayevin rəhbərliyi altında tarixində ikinci dəfə Rusiya Premyer Liqasında bürünc medal qazanıb. Krasnodar təmsilçisi növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib və Avropa Liqasında 1/8 finaladək irəliləyib. 38 yaşlı mütəxəssis aprelin 3-də "Axmat"a 0:5 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.

 

 

Sizə yeni x var
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir