Modern.az

Qarabağdan tarixi NƏTİCƏ

Qarabağdan tarixi NƏTİCƏ

Aktual

5 Noyabr 2021, 00:11

UEFA Konfrans Liqasında qrup mərhələsində IV tur başa çatıb.

 

Modern.az xəbər verir ki, günün ilk oyununda Qazaxıstanda "Kayrat"a 2:1 hesabı ilə qalib gələn "Qarabağ"ın H qrupunda ilk 2 sıradan birini tutacağı dəqiqləşib.

 

Hazırda 10 xalla 1-ci pillədə qərarlaşan "köhlən atlar" "Omoniya" (2 xal) və "Kayrat" (1 xal) üçün artıq əlçatmazdır. Azərbaycan təmsilçisi ilə yanaşı, 8 xalı olan "Bazel" də növbəti mərhələyə adlayıb. Təmsilçimiz “Bazel”lə mübarizədə 1-ci yeri qorusa 1/8 finala, qrupdan ikinci yerlə çıxsa, pley-offa yüksələcək.

 

Beləliklə, "Qarabağ" avrokuboklarda qrupdan çıxan ilk Azərbaycan klubu kimi tarixə düşüb. 

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?