Azərbaycan Ordusunun daha bir əsgəri minaya düşüb. Modern.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Ağdam istiqamətində qeydə alınıb. Ordumuzun əsgəri, 19 yaşlı Məmmədəli Tərlan oğlu Allahverdiyev minaya düşərək ayağından yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətin faktı təsdiqləyib.
Qeyd edək ki, M. Allahverdiyev Şabran rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
Modern.az