Modern.az

Kondisioneri düzəltmək istədi - ÖLDÜ

Kondisioneri düzəltmək istədi - ÖLDÜ

Aktual

19 Noyabr 2021, 16:09

Noyabrın 19-da paytaxtın Sabunçu rayonu ərazisində Xasmət Xadıyevin təmir işləri görərkən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Sabunçu Rayon Prokurorluğundan Modern.az-a verilən məlumatda bildirilib.

 

Araşdırmalarla müəyyən edilib ki, X.Xadıyev rayonun Bakıxanov qəsəbəsində yerləşən “Baku Elektronics” elektrik avadanlıqları dükanına məxsus binanın damında kondisioner mühərrikinin təmir işlərini görərkən qaz-kislorod balonunun partlaması nəticəsində hündürlükdən yerə yıxılaraq ölüb.

 

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?