“Qəbələ rayonunda yerləşən “Daryal” RLS 1985-ci ildə istifadəyə verilib. SSRİ-də belə stansiyaların sayı 10 olub. 1991-ci ildən sonra 6 stansiya Rusiyanın sərhədlərindən kənarda qaldı və həmin respublikaların mülkiyyətinə çevrildi. Belorusda olan stansiya Rusiya ilə danışıqlardan sonra Moskvanın mülkiyyətinə verildi. Latviyadakı RLS partladıldı. Qazaxıstanda və Azərbaycanda olan RLS isə Rusiyaya icarəyə verildi. Ukraynda yerləşən daha 2 stansiya bu ölkənin Kosmik Agentliyinin tabeçiliyinə verildi. Ukrayna tərəfinin təqdim etdiyi icarə qiymətləri ilə razılaşmayan Rusiya bu RLS-lərin xidmətindən imtina edib”.
Bu sözləri Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti Komitəsinin sədr müavini, Dağlıq Qarabağın Azərbaycanlı icmasının İdarə Heyətinin üzvü Rövşən Rzayev Moskvanın RLS-in fəaliyyətinə xitam vermək barədə qərarını şərh edərkən vesti.az-a bildirib.
Deputatın sözlərinə görə, Qəbələ RLS-lə bağlı danışıqlar 10 il davam edib. 2002-ci ildə Azərbaycanla Rusiya arasında danışıqlar nəticəsində Qəbələ RLS Azərbaycanın mülkiyyətində olan informasiya-analitik mərkəz statusu alıb və 10 il müddətinə Rusiyaya icarəyə verilib.
“İcarə haqqı kimi 7 milyon dollar müəyyən edilib. Qeyd edək ki, bu cür böyük strateji obyektin müqabilində belə simvolik məbləğ istəməsi Azərbaycanın rus tərəfinə özünəməxsus jesti də sayıla bilərdi. O zaman hamı başa düşürdü ki, müqavilənin gələcəkdə məbləği artıq real qiymətlərlə ölçüləcək”.
R.Rzayevin sözlərinə görə, bundan başqa hazırkı reallıq və yeni texniki qərarlara nəzərən RLS faktik olaraq özünün sonrakı istismar müddəti üçün aktuallığını itirməyə başladı.
“Stansiyanın ciddi modernləşməyə ehtiyacı yaranmışdı. Təbii ki, bütün bunlar böyük məbləğdə maliyə tələb edirdi. Azərbaycanın icarə üzrə yeni şərtlərinin fonunda yenidənqurma ilə bağlı möyük maliyyə vəsaitinə ehtiyac zərurəti Rusiyada RLS-in gələcək istismarının qeyri-rentabelli olması barədə rəy yaratdı. Bu, xüsusi ilə Rusiyanın yeni nəsil RLS-lərin istismara verilməsindən sonra daha da aydın şəkildə üzə çıxdı. Ona görə hesab edirəm ki, Rusiyanın bu qərarı anlaşılan addımdır və iqtisadi səmərəlilik baxımdan diqtə edilib”.
Qəbələ RLS-in dayandırılmasının Rusiya ilə Azərbaycan arasında münasibətlərdə gərginliyə səbəb olacağı barədə səslənən rəyləri şərh edən deputat bununla razı olmadığını vurğulayıb.
“Belə rəylər səslənib. Belə proqnozların müəlliflərinə xatırlatmaq istəyirəm ki, Azrbaycan tərəfi SSRİ-nin suqutundan sonrakı bütün illər ərzində RLS-in birgə istifadə olunması üçün Rusiya ilə əməkdaşlığın davam etməsində maraqlı olub. Hətta, əgər xatirlayırısnızsa, Azərbaycan Avropada Raket Əleyhinə Müdafiə sistemini yerləşdirmək əvəzinə RLS-in ABŞ-la birgə istifadə olunması barədə Moskvanın təşəbbüsünü də dəstəkləmişdi. Buna razılıq verməklə Azərbaycan daha çox Rusiyaya hərbi-siyasi dəstək verirdi. Baxmayaraq ki, bu təklif Azərbyacana xeyirli deyildi.
Bir daha vurğulamaq istəyrəm ki, Azərbaycan tərəfinin icarə müqaviləsinin qiymətinin artırması iqtisadi cəhətdən tam əsaslandırılıb. Ona görə hesab edirəm ki, Rusiyanın bu qərarının kökündə siyasi motivlər durduğu barədə deyilənləri qeyri-ciddi sayıram və spekulyasiya hesab edirəm”.
R.Rzayevin fikrincə, bu qərara yalnız iqtisadi səmərələlilik baxımından qiymət vermək lazımdır. “Rusiya Azərbaycanın strateji partnyoru olaraq qalır. Azərbaycan Rusiyaya regionda stabilliyin və təhlükəsizliyin qarantı kimi baxır. Bundan başqa, iki ölkə arasında strateji əməkdaşlıq ümumi tarixi taleyimiz və ümumi mədəni məkanla şərtlənir”.
RLS-dən imtinanın Qarabağ məsələsinin həllində mənfi iz qoyacağı barədə politoloji rəylərə toxunan deputat belə şərhləri “spekuliyasiya” adlandırıb.
“Rusiya Azərbaycanın xarici siyasət orientrində əsas vektorlardan biri kimi qalır. İki ölkənin münasibətləri səmərəli əməkdaşlığın geniş spektrini əhatə edir və strateji əməkdaşlıq səviyyəsindədir. Qəbələ RLS bu münasibətlərin ancaq bir elementi idi. Ona görə hesab etmirəm ki, RLS-dən imtina münasibətlərmizə, o cümlədən Moskvanın Qarabağ məsələsinə dair siyasətinə mənfi təsir etsin. Rusiya Minsk Qrupunun həmsədri kimi danışıqlar prosesində fəal rol oynayır”.
Deputat vurğulayıb ki, 2008-ci ildə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün nəticəsi olaraq imzalanmış Moskva deklarasiyasından başlayaraq, son illərdə Rusiya prezidentinin təşəbbüsü ilə danışıqların bir neçə mərhələsi aparılıb.
“Rusiya rəhbərliyi dəfələrlə bildirib ki, Qarabağ probleminin tezliklə həlini istəyir. Hesab edirəm ki, Rusiyanın özü də regionda sülh və sabitliyin olmasında maraqlıdır”-deyə R.Rzayev bildirb.
Modern.az