Modern.az

OPEC-ə yeni sədr seçiləcək

OPEC-ə yeni sədr seçiləcək

Aktual

3 Yanvar 2022, 00:26

Bazar ertəsi günü Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xüsusi iclası keçiriləcək.

 

Modern.az xəbər verir ki, iclasın gündəliyindəki yeganə məsələ qurumun yeni sədrinin seçilməsidir. 

 

Yeni sədr fəaliyyətdə olan Məhəmməd Barkindonu avqust ayından etibarən əvəz etməlidir.

 

Siyahıda cəmi bir namizədin – Küveytin nümayəndəsi Haysam əl-Qaysın adı var. O, 2017-2021-ci illərdə Küveytin OPEC-dəki nümayəndəsi olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi