Modern.az

Yasamalda qəza

Yasamalda qəza

Aktual

9 Yanvar 2022, 13:31

Bakıda avtomobil 57 yaşlı kişini vuraraq ağır xəsarətlər yetirib. 

 

 

Modern.az xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

 

 

Hüseyn Cavid prospektində yolu keçən 1965-ci il təvəllüdlü Hüseynov Fuad Fətulla oğlunu avtomobil vurub.

 

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki topuğun yerdəyişən sınığı diaqnozu qoyulub.

 

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı