Azərbaycanda milli parklarda qayda pozuntusuna yol verən vəzifəli şəxslər cəzalandırılıb.
Bunu Modern.az-ın əməkdaşının sualına cavab olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi Facebook səhifəsində yayımlanan "Ekspert saatı"nda Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyib.
O qeyd edib ki, 2021-ci il ərzində düzgün işləməyən, ərazisində qanun pozuntusu edən 7 nəfər nazirlik əməkdaşına sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib:
"2 əməkdaşın əmək müqaviləsinə xitam verilib. Bir nəfər sahə müfəttişi aşağı vəzifəyə keçirilib. 7 mühafizə işçisi, 5 sahə müfəttişi, 4 nəfər direktor müavini töhmət alıb. Xəbərdarlıq alanlar arasında rəhbər işçilər, direktor və müavinlər də var”.