Modern.az

İvanişvili Bakının “İçərişəhər”ində gəzdirilib - FOTOLAR

İvanişvili Bakının “İçərişəhər”ində gəzdirilib - FOTOLAR

Aktual

27 Dekabr 2012, 14:50

Gürcüstanın baş naziri Bidzina İvanişvili 27 dekabr tarixində Bakıda olarkən İçərişəhərə gəlib. Qonağı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov qarşılayıb, prezident İlham Əliyevin İçərişəhərə göstərdiyi diqqət və qayğısı barədə məlumat verib, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın İçərişəhərin qorunmasında rolu barədə danışıb. İdarədən Modern.az-a bildirilib ki, qonağın Bakının qədim hissəsi ilə tanışlığı tarixi antik dövrə aid Qız Qalasının qeyri-adi memarlıq xüsusiyyətləri, habelə bu abidədə həyata keçirilən muzey konservasiyası layihəsi barədə dolğun məlumatın verilməsi ilə başlayıb. Daha sonra yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki daş sənəti ekpozisiyası təqdim edilib. İvanişviliyə Bakının orta əsrlər tarixinə aid ticarət əlaqələrindən xəbər verən Buxara və Multanı karvansaraları barədə də informasiya verilib. Gəzinti elektromobillərlə davam etdirilib. Kiçik Qala küçəsində baş nazir Azərbaycan milli mətbəxinin ləziz nümunəsi olan təndir çörəyinin dadına baxıb.

Gəzintisi Kiçik Qala küçəsi ilə davam edən baş nazir Qala divarlarının bərpa və konservasiya olunmuş hissəsi ilə tanış olub. Qonağ akonservasiya layihəsi barədə məlumat verilib və yüksək peşəkarlıqla həyata keçirilmiş işlərin Azərbaycan bərpaçıları tərəfindən görüldüyü bildirilib. Qala divarının ətrafında aparılmış abadlaşdırma zamanı aşkar olunan arxeoloji tapıntılar, divardaxili gizli yollar qonağın böyük marağına səbəb olub. Ekskursiya Azərbaycanın orta əsr memarlığının nadir incisi olan Şirvanşahlar Sarayı Kompleksində davam etdirilib. Saray binasının taxt-tac zalında yerləşən İçərişəhərin maketi İvanişvilinin xüsusi diqqətini cəlb edib. Qoruq İdarəsinin sifarişi ilə aparıcı Avropa şirkəti tərəfindən 1:200 miqyasında hazırlanmış maket üzərində İçərişəhərin dar küçə labirintlərinin və memarlıq abidələrinin detalları ilə tanış olmaq imkanı qonağı heyran edib. Ənənəvi olaraq əsas ticarət küçələrindən biri olan Asəf Zeynallı küçəsi ilə davam edən gəzintinin sonunda Gürcüstanın baş naziri İçərişəhərin Fəxri Qonaqlar Kitabında öz ürək sözlərini yazıb.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı