Modern.az

Hidayət Orucov səfir göndərildi

Hidayət Orucov səfir göndərildi

Aktual

27 Dekabr 2012, 18:44

Prezident İlham Əliyev Hidayət Orucovu səfir təyin edib. Modern.az prezidentin rəsmi internet saytına istinadən xəbər verir ki, ölkə başçının sərəncamı ilə Hidayət Xuduş oğlu Orucov Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Ölkə başçısının digər sərəncamı ilə Hidayət Orucova fövqəladə və səaliyyətli səfir diplomatik rütbəsi verilib.

Qeyd edək ki, H.Orucov 5 sentyabr 1944-cü ildə anadan olub. 68 yaşlı Orucov 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri olub, 1993-2006-cı illərdə Azərbaycan Respublikası milli siyasət məsələləri üzrə Dövlət Müşaviri işləyib.


2005-2006-cı illərdə Azərbaycan Respublikası Prezidentinin Milli azlıqlarla və Dini Qurumlarla İş üzrə Dövlət müşaviri olub. 2006-cı ildən indiyədək Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı