Modern.az

İstanbulda hamilə qadını xəstəxanaya xilasedicilər çatdırdı - FOTO

İstanbulda hamilə qadını xəstəxanaya xilasedicilər çatdırdı - FOTO

Aktual

26 Yanvar 2022, 09:10

Türkiyədə yağan güclü qar həyatı yaşanmaz hala gətirib. Əlverişsiz hava şəraiti xəstələrin, hamilələrin xəstəxanaya çatdırılmasında bir sıra problemlər yaradıb.

 

Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İstanbul şəhərində hamilə qadını xəstəxanaya aparan təcili yardım maşını güclü qar səbəbindən yolda qalıb.

 

22 yaşlı Mevüde Kızğinin köməyinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yetişib.

 

Onlar doğuşa 5 dəqiqə qalmış qadını xəstəxanaya çatdırıblar. Mevüde Kızğinin qızı dünyaya gəlib.

 

Həm ananın, həm də körpəsinin vəziyyətinin yaxşı olduğu bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı