Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 57 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 82 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 60 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
Rəsmi məlumata görə, cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.