2021-ci il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 126,3 mln. manat vəsait ödənilib.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) Modern.az-a verilən məlumatda bildirilib.
Beləliklə, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,0 mln. manat və ya 11,5% daha çox vəsait xərclənib.