Modern.az

ADU əməkdaşının Vətən müharibəsi ilə bağlı kitabı çap olundu

ADU əməkdaşının Vətən müharibəsi ilə bağlı kitabı çap olundu

Aktual

26 Yanvar 2022, 12:04

Azərbaycan Dillər Universitetinin əməkdaşı  Tural Cəfərlinin yeni kitabı işıq üzü görüb.

 

Universitetdən Modern.az-a verilən məlumata görə,  “44 gün Zəfərə doğru” adlı kitabda 44 günlük Vətən müharibəsinin xronologiyası, baş verən döyüşlər və hərbi əməliyyatlar öz əksini tapıb, Azərbaycan ordusunun uğurlu nəticələri, xüsusi təyinatlı qüvvələrin həlledici rolu və müharibənin yekunu olaraq 10 noyabr bəyanatının müddəaları yer alıb.

 

Eyni zamanda müharibənin gedişi zamanı beynəlxalq aləmin baş verənlərə reaksiyaları, dünya media qurumlarının hadisələri müxtəlif prizmalardan işıqlandırması öz əksini tapıb.

 

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı