Modern.az

7 evdən və mebel sexindən oğurluq edən şəxs tutuldu

7 evdən və mebel sexindən oğurluq edən şəxs tutuldu

Aktual

26 Yanvar 2022, 14:25

Xəzər rayonu Binə qəsəbəsində 7 evdən və 1 mebel sexindən oğurluq edən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Xəzər rayonu Binə qəsəbəsində yeni tikilməkdə olan evlərdən birindən oğurluq edilib. Zərərçəkən Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək evdən təmir-tikinti əşyaları, eləcə də elektrik naqillərinin oğurlandığını bildirib. Şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Binə qəsəbəsində yaşayan Əliqismət Əzizov qısa zamanda saxlanılıb. Polis Şöbəsində araşdırma aparılan zaman onun Binə qəsəbəsində əlavə olaraq 6 evdən və 1 mebel sexindən oğurluq etdiyi müəyyən edilib. Əliqismət Əzizov izahatında etdiyi oğurluqları etiraf edib.

 

Faktlarla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Əliqismət Əzizovun paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə məlumat verə bilərlər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı