Modern.az

Ceyhun Bayramov İƏT XİN Şurasının iclasına dəvət olundu

Ceyhun Bayramov İƏT XİN Şurasının iclasına dəvət olundu

Aktual

26 Yanvar 2022, 16:54

Bu gün Pakistan xarici işlər nazirinin İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 48-ci iclasında iştirak üçün dəvəti Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova təqdim edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee “Twitter” hesabında qeyd edib.

 

İƏT Xarici İşlər Nazirləri Şurasının iclası martın 22-23-də Pakistanın paytaxtı İslamabad şəhərində keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı