Modern.az

Narkotiki düyünün içində gizlətdi

Narkotiki düyünün içində gizlətdi

Aktual

26 Yanvar 2022, 17:35

Penitensiar Xidmətin (PX) 3 saylı İstintaq təcridxanasına psixotrop maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

 

PX-dən Modern.az-a verilən məlumata görə, qurumun əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Seymur Quliyevə qardaşı - Xızı rayon sakini Orxan Quliyev tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman içərisindəki düyüdə xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 1,007 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı