Modern.az

Keçmiş məhkum SAXLANILDI

Keçmiş məhkum SAXLANILDI

Aktual

17 Fevral 2022, 08:18

Ağsuda həyata keçirilən tədbir nəticəsində yaşadığı ünvanda qanunsuz odlu silah və narkotik vasitə saxlayan şəxs tutulub.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş rayon sakini Mehman Qəhrəmanov şübhəli şəxs qismində saxlanılıb.

 

Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana və tiryək aşkarlanıb.

 

Mehman Qəhrəmanovun şəhər ərazisindəki yaşadığı ünvana baxış zamanı isə 124 qram marixuana və 30 qram tiryək, eləcə də bir ədəd “Kalaşnikov” markalı avtomat aşkar edilərək götürülüb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı