Modern.az

Rus qoşunlarının Lvova hücumu təkzib edildi - YENİLƏNİB

Rus qoşunlarının Lvova hücumu təkzib edildi - YENİLƏNİB

Aktual

26 Fevral 2022, 16:29

Ukraynanın təhlükəsizlik xidmətləri şəhər merinin bir gecədə 60 rus hərbçisinin bölgəyə enməsi ilə bağlı xəbərini təkzib edib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumatın yalan olduğunu və belə bir enişin baş vermədiyini bildirib.

 

Qeyd edilib ki, Ukrayna helikopteri ərazidə kəşfiyyat uçuşu həyata keçirib:

 

“Sakinlərdən sakit olmalarını xahiş edirik".

 

***

14:34

Lvov şəhərində Ukrayna ordusu Rusiya qüvvələrinin hücumunu dəf edib.

 

Modern.az xəbər verir ki, bu barədə Lvov şəhərinin meri Andrey Sadovyi "Telegram" kanalında bildirib.

 

Rusiya Ukraynanın yeddinci ən böyük şəhər mərkəzindən təxminən 56 mil uzaqlıqda yerləşən Brodıya 60-a yaxın əsgər və 3 vertolyot endirib.

 

“Silahlı qüvvələr işğalçını dəf edir! Biz vəziyyəti nəzarətdə saxlayırıq”, - o əlavə edib.


Xatırladaq ki, indiyədək döyüşlərin böyük hissəsi Ukraynanın şərqində, şimal və cənubunda gedir.


Turqay Musayev

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı