Modern.az

“Gığı dərəsi”nin Şəhid Türk məzarları  

“Gığı dərəsi”nin Şəhid Türk məzarları  

Aktual

1 Mart 2022, 12:28

1918-1919-cu illərdə hay-rus birləşmiş silahlı-nizami qüvvələrinin Qərbi Azərbaycanın kökənli türk-müsəlman mənşəli yaşayış məntəqələrinə davamlı hücumlarının həyata keçirildiyi istiqamətlərdən biri Naxçıvan bölgəsinin Ordubad nahiyəsindən Zəngəzur qəzasına, o cümlədən “Gığı dərsi” boyunca yerləşən kəndləri (bu hövzədə 22 kənd olub-Acıbac, Gərd, Pəyhan, Kurut, Kirs, Səncəralı, Baharlı, Qarabaş, Keypəşin, Gığı, Mahmudlu, Pürülü...) olmuşdu.

Həmin dövrdə hay quldurları A.Ozanyanın və Q.Nijdenin dəstələri tərəfindən yerli əhaliyə qarşı törədilən amansız qətliamların-soyqırımın qarşısının alınması məqsədi ilə Osmanlı Türkiyəsi Ordusunun XV Korpus komandanı kimi Musa Kazım Qarabəkir paşanın (1882-1948) başçılığı  ilə bölgəyə daxil olmuş zabit-əsgər heyətinin bir hissəsi “Gığı dərəsi”ndəki kəndlərdə düşmənə qarşı döyüşüb.

Müqəddəs döyüşlərdə Şəhid olanlarla yanaşı, 1920-ci ildən sonra Azərbaycana həyatını bağlayanlar da az olmayıb... Kərd kəndinin köhnə qəbirstanlığının (kənddən 3 km aralıda)  bir kənarında 3 Şəhid Türk məzarı o illərdə səngər olmuş bu kənd (Milli Müqavimət qərargahı və düşərgəsi qonşu Qovşud kəndində olub) uğrunda canını qurban verən igid əsgərlərdən daşlaşmış bir nişanədir.

-Nənələri ölmüşlər bizlərə görə canlarını Qurban verdilər  -deyib, Şəhidləri həmişə yad edərdi kənd sakinləri - Mələk Məmmədqulu qızı Qarayeva (1929-2014)...

Adi daşlardan olan qəbirlər düzən yerdə, Əriməz dağının ətəyində, İrəmə dərəsinin seyrək meşəliyinin ayağında, Gərd çayının sol sahilində qalırdı, daşlar mamır bağlamışdı, amma üstü bitişik Çiçəkli meşəsinin təbii, tər çiçəklərdən əskik olmazdı...

“Gığı dərəsi”nə bitişik, Qapan nahiyəsinin Müsəlləm kəndindən 1 km aralı, Zeyvə kəndinə gedən yolun aşağı hissəsində (təsərrüfatın “Güney çəmən” deyilən əkin sahələri yaxınlığında) 2 Şəhid Türk məzarı adi daşdan ibarət olan başdaşı ilə bilinirdi. Bu qəbirlər haqqında Müsəlləm kənd sakini Hilal Seyidəli oğlu Hüseynov (1895-1992) məlumat verib.

1918-1919-cu illərdə hay quldur silahlı dəstələrinin faciəli hücumlarının digər hədəfi Quşçu kəndi (Qapan-G(ü)ecalan yolu üstündə yerləşir) olduğundan, ərazisində soyqırımı törədildiyi üçün sonralar bu kənd “Qanlı zəmi” adlanıb. Kənddən 1,5 km aralıda, yolun üstündə qoşa Şəhid Türk məzarı (1988-ci ilədək qalırdı) barədə kənd sakinləri Mədət, İsrafil, Həmid və Ələsgər müəllim məlumat verirdi.

Həmid kişi 1918-1920-ci illərdə yerli özünümüdafiə dəstələrinin tərkibində Türk Ordusu ilə birlikdə işğalçılara qarşı döyüşmüşdü.

“Qanlı zəmi” kəndi (100-ə yaxın evli) 1950-cı ildə 3 km aralı olan Oxçu çayının sahilindəki David bəy məntəqəsinə köçürüldü, bu toponim hay kilsəsinin davamlı səyi ilə yer üzündən və xəritədən silindi, yox edildi...

(Yazının hazırlanmasında həm də Qərbi Zəngəzurun Qapan nahiyəsinin Baharlı və Müsəlləm kənd sakinləri Salam Qaraş oğlu İsmayılovun (1949), Sabir Hilal oğlu Hüseynovun (1951) məlumatlarından istifadə edilib).
 

Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi (050.372.60.08.)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı