Modern.az

Nepalda insan tələfatı yaşanır - YENİLƏNİB

Nepalda insan tələfatı yaşanır - YENİLƏNİB

Dünya

Bu gün, 18:35

Nepalda daşqın nəticəsində ölənlərin sayı 675-ə çatıb

Modern.az xəbər verir ki, bununla bağlı ölkənin Fəlakətlərin İdarə Edilməsi Agentliyi məlumat yayıb.

Məlumata görə, daha 2 mindən çox insan itkin düşüb.

 

16:37

Nepal–Çin sərhədində baş verən dağıdıcı daşqın nəticəsində ölənlərin sayı artmaqda davam edir.

Modern.az xəbər verir ki, "Associated Press" Nepalın Fəlakətlərin İdarə Edilməsi Agentliyinə istinadən ölkədə azı 669 nəfərin həlak olduğunu bildirib.

Son məlumata görə, Nepalda daha 2 426 nəfər itkin düşmüş hesab edilir, 3 700-dən çox insan isə xilas olunub. Çinin Tibet bölgəsində də yeddi nəfər ölüb, 554 nəfərdən xəbər yoxdur. Beləliklə, fəlakət nəticəsində hər iki ölkədə ümumilikdə 676 nəfər həyatını itirib.

Avqustun 26-da buzlaqın çökməsi nəticəsində yaranan su, buz, qaya və palçıq kütləsi dağ çayları boyunca yaşayış məntəqələrini basıb. Daşqın binaları, körpüləri, yolları və elektrik stansiyalarını dağıdıb. Nepalın Rasuva və Nuvakot rayonları ən çox zərər çəkən ərazilər sırasındadır.

Əlverişsiz hava şəraiti, hündür dağlar və dar dərələr axtarış-xilasetmə işlərini çətinləşdirir. “Upper Trishuli-1” Su Elektrik Stansiyasının tikinti sahəsindəki palçıqla dolmuş tuneldə 100-dən çox insanın qaldığı ehtimal edilir.

Nepalın xarici işlər naziri Şişir Xanal itkin düşənlərin tapılmasının ölkə üçün əsas prioritet olduğunu bildirib. Katmandu tunellərdə xilasetmə, insanların aşkarlanması, meyitlərin identifikasiyası və DNT analizlərinin aparılması üçün xarici ölkələrdən texniki yardım istəyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...