Modern.az

Pezeşkian: Azərbaycanla münasibətləri yeni səviyyəyə çıxaracağıq

Pezeşkian: Azərbaycanla münasibətləri yeni səviyyəyə çıxaracağıq

Aktual

29 Avqust 2026, 13:57

İranla Azərbaycan arasında münasibətlərin yeni səviyyəyə yüksəldilməsi üçün hazırda əlverişli şərait yaranıb.

Modern.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian IRIB telekanalına müsahibəsində deyib.

“Hazırda Azərbaycan, Səudiyyə Ərəbistanı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Oman, Misir və Türkmənistanla münasibətlərimizi yeni səviyyəyə çıxarmaq və mühüm sazişlər imzalamaq üçün bütün şərait mövcuddur”, – İran lideri bildirib.

Pezeşkianın sözlərinə görə, güc dili heç bir nəticə vermir, çünki qarşı tərəf də eyni şəkildə cavab verir:

“Biz regionda dialoq və mehriban qonşuluq siyasətinə üstünlük veririk”.

İran Prezidenti ABŞ ilə münasibətlər və Hörmüz boğazı ətrafında yaranmış gərginliyə də toxunub. O bildirib ki, Vaşinqton İslamabad memorandumu çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərsə, Tehran boğazı gəmiçilik üçün açmağa hazırdır.

“Bunun üçün Vaşinqton dəniz blokadasını dayandırmalı, sanksiyaları ləğv etməli və İrana məxsus dondurulmuş vəsaitləri sərbəst buraxmalıdır”, – Pezeşkian vurğulayıb.

İran lideri əlavə edib ki, regional sabitliyin təmin olunması üçün İsrailin Livana hücumları da dayandırılmalıdır. Onun sözlərinə görə, Omanla əldə edilmiş razılaşmalara əsasən, gəmiçiliyin bərpası yalnız İranın müəyyənləşdirdiyi tənzimləmə mexanizmi çərçivəsində mümkündür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...