Modern.az

Mahnılarınız toylarımızın bəzəyidir - özbək jurnalist

Mahnılarınız toylarımızın bəzəyidir - özbək jurnalist

Aktual

29 Avqust 2026, 14:40

Azərbaycanlı oxucularımızın Özbəkistan haqqında bilməli olduqları mühüm məqamlardan biri budur ki, bizim sənətimiz və ədəbiyyatımız bir-birinə çox yaxın, hətta ortaqdır.

Bunu Modern.az-a müsahibəsində özbək jurnalist, Qlobal Jurnalistlər Şurasının üzvü Hamza Cumayev deyib.

"Düşünürəm ki, dünyada ədəbiyyatı və sənəti bir-birinə bu qədər yaxın olan xalqlar çox azdır. Bizim toylarımızda da “Mehriban ailəyik” mahnısı səslənir, “Qaynana” tamaşası səhnəyə qoyulur, “Arşın mal alan” filminə televiziyalarda böyük maraqla baxılır. Hətta musiqi alətlərimiz, sazlarımız da bir-birinə bənzəyir. Mədəniyyətimizdə çox böyük yaxınlıq var. Bu, birinci məqamdır",-o deyib.

Cumayev özbək xalqının Azərbaycan xalqına həmişə qucaq açmağa hazır olduğunu bildirib:

"İstəyərdim ki, azərbaycanlı tərəfdaşlarımız, qardaşlarımız Özbəkistanı yalnız mediada göstərildiyi və ya tarix kitablarında təqdim olunduğu şəkildə deyil, gəlib öz gözləri ilə gördükdən sonra tanısınlar və bundan sonra Özbəkistan haqqında fikir formalaşdırsınlar. Digər yandan azərbaycanlı oxucularımız bilsinlər ki, Özbəkistan xalqı azərbaycanlılara hər zaman qucağını açmağa, onları qonaq etməyə hazırdır və bundan çox böyük sevinc duyur. Biz davamlı gediş-gəlişin, daimi dostluğun olmasını və birlikdə xoşbəxt həyat yaşamağı çox istəyirik".

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...